Türkiyənin onlayn alış-veriş saytları
Bir zamanlar çətin, əlçatmaz kimi görünən onlayn alış-veriş, bu gün insanlar üçün əvəzolunmaza çevrilmişdir. Artıq hər kəs arzu etdiyi məhsulu internet vasitəsilə onlayn şəkildə sifariş edə bilir. Xüsusilə pandemiya zamanı onlayn alış-veriş daha da məşhurlaşmaqla, tələbatı da artırdı. İnsanlar sadəcə ölkə daxili mağazalardan deyil, həmçinin xarici ölkələrin saytlarından da sifarişlər etməyə başladı. Bu ölkələrin içində isə ilk pillədə Türkiyə gəlir. Xüsusilə Türkiyədən geyim sifariş etmək çox əlverişlidir.
Ən məşhur onlayn alış-veriş saytları
Yeniliklərlə daha tez ayaqlaşan Türkiyədə, artıq 1998 – ci ildən bəri onlayn alış-veriş mağazaları fəaliyyət göstərir. Gəlin bu onlayn alış-veriş platformalarına bir nəzər yetirək.
Trendyol.com – İstanbulda 2010 – cu ildə yaranmış onlayn alış-veriş saytıdır. İstədiyiniz markaya məxsus məhsulları, həm keyfiyyətli, həm də büdcənizə uyğun şəkildə bu saytdan asanlıqla tapmaq mümkündür. İstifadə qaydası çox rahat olduğu üçün insanların ən çox faydalandığı alış-veriş saytıdır.
Qadın, kişi, uşaqlara məxsus ayrı kateqoriyalarda hər sezona uyğun geyim tapmaq mümkündür. Hər zövqə uyğun çanta, ayaqqabı, bijüteriya, kosmetika məhsullarını “Trendyol” – dan rahatlıqla əldə edə bilərsiniz. Hətta evinizə lazım olan böyük, kiçik istənilən növ ev əşyalarını da “Trendyol” – un “Supermarket” və “Ev & Mobilya” bölməsindən ala bilərsiniz.
n11.com – Türkiyə və Cənubi Koreya iş insanlarının birgə əməkdaşlığı ilə qurulmuş onlayn platformadır. 2013 – cü ildə yaranan sayt, 20 milyondan çox məhsul və 270 mindən çox əməkdaş mağazası ilə alıcılarına böyük alış-veriş fürsətləri təqdim edir. Hal-hazırda saytın 23 milyondan çox qeydiyyatdan keçmiş alıcısı var və bu say artmağa davam etməkdədir.
“n11” – dən ən çox sifariş olunan məhsullar elektronika, kitab ,musiqi, avtomobil və motorsiklet ehtiyyat hissələridir.
Hepsiburada.com – ölkənin ilk onlayn saytı olaraq 1998 – ci ildən bəri fəaliyyət göstərir. 5000 – dən çox tədarükçüsü, 100 milyondan çox istifadəçisi olan sayt, 2013 – cü ildə Türkiyədə ilin ən yaxşı onlayn ticarət saytı seçilmişdir.
Türkiyənin ən böyük alış-veriş saytı hesab olunan bu platformadan uşaq, kişi, qadın geyimlərini, elektronika və ev əşyalarını, kosmetika məhsullarını, həmçinin ev heyvanlarınıza lazım olan geyimləri və qidaları endirimli qiymətlərlə sifariş edə bilərsiniz.
Sadaladığımız bu üç platforma, həm Türkiyədə, həm də Azərbaycanda alıcıların məhsulları rahat sifariş edə bildiyi, davamlı endirimlərdən faydalana bildiyi onlayn alış-veriş saytlarıdır.
Ən sərfəli karqo – Assu.az!
Assu.az karqo şirkəti ən sərfəli qiymətlərlə və ən qısa zamanda sifarişləri Azərbaycana çatdırır. Ekonom və premium paket olmaqla sizə iki fərqli üsulda sifariş etməyi təklif edir. Elə indi Assu.az – dan qeydiyyatdan keçərək 0.70 dollardan başlayan tariflərlə alış-verişinizi sərfəli edin!