Tez-tez verilən suallar
Sifariş zamanı sizin ən çox maraqlandıran suallara cavab verdik
Bağlamalar "Smart Customs"da bəyan edildikdən sonra 3-5 iş günü ərzində çatdırılır.
- Assu.az saytında qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Bundan sonra Türkiyə, ABŞ və ÇİN-dəki onlayn alış-veriş saytlarından sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edib, sifarişinizi tamamlayırsınız. Satıcı firma sifarişinizi Assunun xaricdəki anbarına çatdırır. Biz satıcı firmadan təhvil aldığımız bağlamanızı Azərbaycana gətirir, istəyinizə uyğun olaraq, ünvanınıza çatdırırıq.
- Əgər plastik kartınızla xarici saytlarda ödəmə edə bilmirsinizsə, biz sizə kömək edərik.
- Belə ki, Assunun Alış-veriş Köməkçisi Xidməti (HİPERLİNK) ilə bəyəndiyiniz məhsulların linklərini bizə göndərirsiniz. Daha sonra həmin məhsulun dəyərini online şəkildə bizə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra ən qısa müddətdə əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.
- Bağlamaya çəki təyin edildikdən sonra daşınma haqqı təyin edilib müştəriyə görünür, Online ödəniş et seçərək kart üsulu ilə ödəniş edə bilər. Əgər Bakı anbarından təhvil alınacaqsa bağlamanı təhvil alarkən nağd ödəniş mümkündür. Məntəqə və poçtdan təhvil alınacaq bağlamaların göndərilməsi üçün online ödəniş etməlidirlər.
- Sifariş et xidmətində əvvəlcədən balans artırıb balansdan ödə seçimi və ya sifarişi təsdiqləyən zaman online ödə seçimi edilir
- Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftəsonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər.
- Xaricdəki ünvanlarımızı əldə etmək üçün assu.az saytında qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail ünvanı və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız görünəcək.
- Türkiyənin onlayn mağazalarından aldığınız məhsullarda hansısa problem çıxdığı halda məhsullarınızı geri qaytarmaq üçün Assunun SIĞORTA xidmətindən istifadə edə bilərsiniz.
- Bunun üçün məhsulu sifariş verərkən Sığorta düyməsini sıxmağınız kifayət edir. Bu zaman satıcı firmanın göndərdiyi məhsulda hər hansı problem aşkarlanarsa, biz həmin məhsulu satıcı firmaya geri qaytarırıq.
- Geri qaytarma zəmanəti xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:
- Məhsul ölçüsü, rəngi və s. yanlış gələndə;
- Məhsul qüsurlu gələndə;
- Məhsul geyim kateqoriyasına (ayaqqabı, çanta daxil) aid olanda;
Məhsul Bakı anbarına çatdığı gün və ertəsi gün ərzində.
Qeyd: Məhsul geri qaytarıldığı halda məhsulun ödənişi (sifariş zamanı ödədiyiniz 5% bank xərci xaric olmaqla) kupon olaraq hesabınıza qaytarılır. Həmin məbləğlə yenidən sifariş verə, və ya 14 gün ərzində satıcı firmanın ödənişi hesabınıza geri qaytarmağını gözləyə bilərsiniz. Geri qaytarma zəmanəti edilmiş sifariş satıcı firma tərəfindən ləğv olunarsa, zəmanət ödənişi də geri qaytarılır.
Bağlamalarınızı təhvil alana qədər sifarişin geri qaytarılmasına zəmanət ala bilərsiniz. Nəzərə alın ki, geri qaytarma zəmanəti olunmuş sifariş müştəri tərəfindən ləğv oluna bilməz.
Qeyd: Xarici anbardan iade xidməti üçün Assu kabinetinizdə iadelər bölməsindən müraciət yarada bilərsiniz . Xarici anbardan iade 1 dollar təşkil edir.
- Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.
- Bazar günləri istisna olmaqla həftə içi hər gün
- Müştəri xidmətləri: 10:00 - 20:00
- Çağrı mərkəzi: 10:00 - 20:00
- "Sifariş et" xidməti: 10:00 - 20:00
- Bağlamaların təhvili:
Bazar ertəsi - Cümə: 10:00 - 20:00
Şənbə: 10:00-18:00
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır. Bağlamanı təhvil almaq üçün lazım olan barkod sənədi ofisimizə daxil olduqda müştəriyə məlumat verilir.
**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.
Fiziki şəxslər tərəfindən gömrük ərazisinə gətirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük dəyəri (Nazirlər Kabinetinin qəbul etdiyi 305 №-li qərarın 2.1.4-cü bəndini rəhbər tutaraq) BİR TƏQVİM AYI müddətində 300 ABŞ dolları ekvivalentindən artıq olmayan məbləğdə yükün ölkəyə idxal edilməsi sadələşdirilmiş qaydada həyata keçirilir. 300$ limit hər ayın 1-I yenilənir və bu limitə bağlamanın daşınma haqqı da daxildir. Bağlamalar sifariş edildiyi tarixdə yox, xarici anbardan göndəriləndə limitdən istifadə edilir.
Fiziki dəyər 300 ABŞ dollarından çox olduqda, qanunvericiliyə uyğun olaraq 300$-dan artıq olan məbləğin 36%-dək gömrük rüsumu ödənilir. 300 ABŞ dolları limitinə əşyanın öz dəyəri və saxlanılan bağlamanın daşınma haqqı daxildir.
Limiti keçmiş hesab sahiblərinin bağlamaları DGK tərəfindən saxlanılır. Bağlamanı təhvil almaq üçün lazım olan barkod sənədi ofisimizə daxil olduqda müştəriyə məlumat verilir.
**Bağlamanın Hava Limanında saxlanılması zamanı ilk gun 15 AZN, sonrakı hər gün üçün 1AVRO (2 AZN) saxlanc haqqı hesablanır.
-Bağlama xarici daxil olduqda bu barədə müştəriyə sms məlumat göndərilir. Sms alan müştəri Bağlamalarım bölməsinə daxil olaraq "Bəyan tələb olunur" sözünü seçməli və bəyanda "Düzəliş et" seçdikdən sonra həmin sifarişin qiymətini, kateqoriyasını, faktura və ya sifarişin qiyməti ilə birgə ekran şəklini yükləməlidir. Faktura yükləndikdən sonra Tracking nömrə ilə Smart Customs mobil tətbiqetməsində bəyan etməlidir.
-Hər müştəri qeydiyyatdan keçərkən bağlamaları seçdiyi filiala bağlamaları göndərilir. Əgər müştəri filialı dəyişmək istəyirsə, Tənzimləmələrim bölməsinə daxil olub, Anbarını dəyişib Təsdiqlə düyməsini seçməlidir. Xarici anbara hələ çatmamış bağlamalar yeni filiala göndəriləcəkdir, əgər bağlama artıq çatıbsa, bağlamanın anbarını dəyişmək mümkün olmayacaqdır.
-Yolda zədələnən və ya hər hansı zərər görən bağlamalara görə məsuliyyət daşımırıq. Bağlamaların zərər görməyəcək şəkildə qablaşdırılmasına görə satıcı mağaza cavabdehdir.
-Yalnızca sınan əşya sığortası edilən məhsullara görə məsuliyyət daşıyırıq
-Ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.
-Rayonlara çatdırılma üçün Azərpoçt və Məntəqə bölməsinə daxil olaraq istədiyiniz bölgəyə bağlama sifariş edə bilərsiniz. Bağlamalar bölgələrə göndərilən zaman daşınma haqqı rayon tarifi ilə hesablanır( Azərpoçt sifarişində poçt rüsumu daşınma haqqından əlavə ödənməlidir) . Sifariş yaratmaq üçün bağlamanın daşınma haqqı online şəkildə öncədən ödənməlidir .