Sifariş xidməti

Malların sifariş et xidmətinə dair şərtlər toplusu:

  • 1. "Assu" MMC (bundan sonra “Daşıyıcı”) satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Türkiyə şirkətinin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5%bank xərci nəzərdə tutulub (Müştərinin ödədiyi məbləğin satıcı mağazanın hesabına köçürülməsinə qədərki bank xərcləri).
  • 2. TL balansında sifarişin qiyməti qədər məbləğ olduqda qapıda sifariş qəbul olunur.
  • 3. Standard sifarişlər növbəli qaydada icra edilir. Sifarişin verilmə müddəti sifariş sayından asılı olaraq dəyişə bilir.
  • 4. "Daşıyıcı” heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına görə məsuliyyət daşımır.
  • 5. "Daşıyıcı” satıcı firma tərəfindən malın onun anbarına çatdırılması müddətinə görə heç bir məsuliyyət daşımır.
  • 6. "Daşıyıcı” sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s. dəyişikliklər).
  • 7. "Daşıyıcı” sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin bəzi satıcı firmalar sifarişləri daşıma şirkətinə daha sürətlə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərə bilir.
  • 8. Müştərilərə sifariş vermədən öncə satıcı firmalar haqqında istifadə rəyləri ilə tanış olmaları (məsələn, www.sikayetvar.com tipli saytlardan) və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyə olunur.
  • 9. Endirim kuponları və ya kampaniyalarla bağlı istifadəçi link göndərərkən qeyd hissəsində məlumat verməlidir. Qeyd olmadığı təqdirdə, endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.
  • 10. Müştəri ödəniş edərkən Türkiyədaxili karqo ödənişini etmədiyi halda, bu məbləğ onun balansına mənfi olaraq yazılır və bağlamanın təhvili zamanı alınır.
  • 11. İstifadəçi sifariş üçün link göndərən zaman məhsulla bağlı məlumatları müvafiq xanalara doğru şəkildə qeyd etməlidir. Sifariş icra edilərkən müştərinin müvafiq xanalara daxil etdiyi məlumatlar əsas kimi götürüləcək (Misalçün, rəng xanasına “qırmızı”, əlavə qeydlər bölməsində “yaşıl” yazılırsa, “qırmızı” rəng əsas götürüləcək).
  • 12. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) sifarişçiyə bu haqda məlumat verilir və onun ödədiyi məbləğ Türkiyə şirkəti tərəfindən geri qaytarılır.
  • 13. Sifariş olunmuş məhsulun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa, 5% bank xərci geri ödənilmir.
  • 14. Sifariş "Daşıyıcı” tərəfindən icra edildikdən sonra satıcı mağaza tərəfindən iptal olunarsa, anbara çatdırılmazsa, karqoya verilmə müddəti uzanarsa, bu zaman müştərinin həmin məhsula görə ödədiyi məbləğ eyni valyuta ilə geri qaytarılır. Bu halda yaranan məzənnə fərqinə görə "Daşıyıcı” məsuliyyət daşımır və bu fərqi müştəriyə ödəmir. Sifarişçidən bütün ödənişlər Türkiyə lirəsi ilə qəbul edilir və eyni valyuta ilə geri qaytarılır. Digər valyuta və ya məzənnə fərqi ilə bağlı yaranan problemlər sifarişçinin bankı ilə dəqiqləşdirilməlidir.
  • 15. Sifarişçinin nəzərinə çatdırılır ki, bəzi hallarda bir çox satıcı mağazada məhsulun rənginə və ya ölçüsünə görə qiymət fərqi yarana bilər. Belə sifarişlərin icrası zamanı arada yaranan qiymət fərqi böyük olmadıqda, sifariş "Daşıyıcı” tərəfindən icra edilir və həmin fərq istifadəçinin balansına mənfi olaraq yazılır. Ölçü və rəngə görə yaranan qiymət fərqi böyük olduqda "Daşıyıcı” bu barədə sifarişçini məlumatlandırır.
  • 16. Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı sifarişçiyə SMS və ya zəng vasitəsi ilə məlumat verilir. Əgər sifarişçi ilə əlaqə yaradıla bilmirsə, sifariş həyata keçirilmir.
  • 17. Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər.
  • 18. Ödənişlərin karta geri qaytarılması 7-15 iş gün müddətində baş verir və bank tərəfindən komissiya tutula bilər . Bəzi hallarda isə banklardan asılı olaraq, daha bir neçə gün gecikmə ola bilir.
  • 19. Azərbaycan qanunvericiliyi ilə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
  • 20. “Daşıyıcı” tərəfindən mobil telefonların sifarişi qəbul edilmir və daşınması həyata keçirilmir. Sui-istifadə edib, telefon sifariş etmiş fiziki şəxslərin bağlamasının daşınması icra edilmir, həmin bağlamaya görə “Daşıyıcı” üzərinə heç bir məsuliyyət götürmür.
  • 21. "Daşıyıcı” dərman preparatlarının sifarişini və daşınmasını həyata keçirmir.
  • 22. Satıcı mağaza tərəfindən “Daşıyıcı”nın anbarına gec göndərilmiş və ya göndərilməmiş, səhv müştəri kodu və ya ad-soyadla göndərilmiş sifarişlərin araşdırma müddəti satıcının geridönüşü də nəzərə alınmaqla, 7-30 gün davam edə bilər.
  • 23. "Daşıyıcı” bütün istifadəçiləri xidmətdən istifadə etməzdən əvvəl daşıma şərtləri ilə tanış olmağa çağırır. Şərtlərlə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz. Daşınma şərtləri