Türkiyədən qol saatı sifarişi

Onlayn alış-veriş zamanı ən çox sifariş olunan məhsullardan biri də qol saatıdır. Təəssüf ki, dəbin ayrılmaz parçası olan saatları Azərbaycanda münasib qiymətlərlə almaq çətinləşib. Digər geyim vasitələri kimi qol saatlarını da onlayn platformlardan daha münasib qiymətlərə əldə etmək mümkündür. Türkiyənin onlayn alış-veriş platformalarından zövqünüzə, geyim tərzinizə və büdcənizə uyğun istənilən saatı sifariş edə bilərsiniz.

 

Saat nə zaman və necə yaranıb?

 

Həyatımız və işlərimiz düzgün qaydada davam etsin deyə, zaman həmişə insanlar üçün önəm kəsb edibdir. Qədim Misirdə insanlar günəşin hərəkətlərinə baxaraq saatı müəyyən edirdilər. Ancaq gecə günəş olmadığına görə vaxtı müəyyən etmək olmurdu. Bu səbəbdən qum və su saatı yarandı. 16 -cı əsrdən etibarən də əqrəbli saatlar yarandı.

 

Bu gün istifadə etdiyimiz qol saatları isə 19 – cu əsrin əvvəllərində yaranıb. Əslində ilk yarandığı zaman qol saatları biləyə taxılmırdı. 1 – ci Dünya müharibəsində əsgərlərdən biri rahat olsun deyə saatı ilk dəfə biləyinə taxır və günümüzə qədər bu ənənə davam edir.

 

Saat geyim tərzimizə gözəllik qatan aksesuar olmaqla yanaşı, həmçinin zamanı və yaşadığımızı bizə xatırladan vasitədir. Bir çox işləmə mexanizminə sahibdir. Məsələn;

 

  • Mexaniki saat – hər hansı bir enerji qaynağından asılı olmadan işləyə bilir.

        

  • Kinetik saat – enerji yığa bilən batareyalarla işləyir.

 

  • Solar saat – enerjisini günəşdən alan saatdır.

 

Türkiyənin onlayn alış-veriş platformalarında qol saatı

 

Türkiyənin onlayn alış-veriş platformaları – “Trendyol”, “Hepsiburada” həm qadınlar, həm də kişilər üçün minlərlə saat çeşidini təqdim edir. Onlardan bəziləri ilə tanış olaq;

 

  • “Calvin Klein” – zamanın ruhu adlanan saat ölkəsi İsveçrənin saat markasıdır. Marka daha çox moda geyimləri istehsalında ixtisaslaşıb, ancaq buna baxmayaraq istehsal etdiyi saatlar keyfiyyətli və büdcənizə uyğundur.

 

  • “Casio” – 1946 – cı ildə Tokyoda yapon mühəndis Tadao Kashio tərəfindən yaranıb. Qol saatı anlayışına yenilik gətirərək onun bir neçə fərqli çeşidlərini yaratdı. Günümüzdə sərfəli qiyməti və sadə görünüşünə görə gənclərin ən çox istifadə etdiyi saat markalarından biridir.

 

  • “Tissot” – İsveçrənin saat istehsalında birinci olduğunu sübut edən başqa bir markadır. Daha çox klassik üslubda geyinənlərin istifadə edə biləcəyi saatlar istehsal edir.

 

  • “Seiko” – saat təmirindən istehsalına qədər 130 illik təcrübəyə sahibdir. 1881 – ci ildə gənc yapon saat ustası Kintaro Hattori tərəfindən əsası qoyuldu. Bu gün də şirkət onun yolu ilə getməyə, mükəmməl və qüsursuz saatlar istehsal etməyə davam edir.

 

Vaxtınıza qənaət edin, Assu.az – ı seçin!

 

Türkiyənin onlayn alış-veriş platformalarından həm sərfəli, həm də zövqlü qol saatlarını sifariş etmək artıq çox asandır. 3 iş günü ərzində çatdırılma ilə vaxtınıza, 0.70 USD – dən başlayan güzəştli tarifləri ilə cibinizə qənaət edin.

 

Vaxt itirmədən Assu.az – dan qeydiyyatdan keçin və bəyəndiyiniz saatları sifariş edin!