Türkiyədən onlayn alış-veriş
Müasir dövr insanları rahatlığa sürətlə alışdırır. Demək olar ki, hər kəs artıq gündəlik həyatdakı müxtəlif ehtiyaclarını fiziki güc tələb etmədən qarşılaya bilir. Buna onlayn alış-veriş də daxildir. Son zamanlar insanlar evdən çıxmadan istədiyi məhsulu onlayn üsulla ala bilirlər. Bu üsulla sifariş tələbatı artdıqca onlayn alış-veriş saytlarının sayı da artır. Hazırda bu saytlardan sifarişlərin çoxluğuna səbəb də məhz geyim, texnologiya və s. məhsulların sifarişi zamanı büdcəyə qənaət olunmasıdır. Çin və Amerikadan sonra Türkiyə onlayn sifariş sahəsində sayılıb-seçilən ölkələrdəndir. Türkiyənin alış-veriş saytlarına misal olaraq “Trendyol”, “İpekyol”, “Hepsiburada” kimi saytları göstərmək olar. Bu kimi saytlardan onlayn alış-veriş zamanı aldığınız məhsulların Azərbaycandan çatdırılması artıq “Assu” ilə çox rahatdır.
“Trendyol” Türkiyədə və Orta Asiyada ən böyük və ən sürətlə inkişaf edən onlayn alış-veriş saytlarındandır. Bu sayt kampaniya və endirimləri sayəsində günü-gündən diqqətləri üzərinə çəkərək müştəri qazanmağa davam edir. Hal-hazırda “Trendyol” 17 milyondan çox üzvə sahib, 200 milyona yaxın məhsul çatdırılması edən və ayda 100 milyon şəxs tərəfindən ziyarət olunan onlayn alış-veriş platformasıdır. Azərbaycanda da bu saytdan istifadə edənlər kifayət qədərdir.
Türkiyənin “Trendyol”dan sonra gələn ikinci ən məşhur onlayn alış-veriş saytı “İpekyol”dur. Türkiyədaxili bölgələrə 236, ölkə xaricinə isə 30 mağaza ilə xidmət göstərən sayt vasitəsilə təkcə Azərbaycana yox, həmçinin, digər ölkələrə də çatdırılma mövcuddur.
“Hepsiburada” Türkiyənin digər məşhur onlayn alış-veriş platformalarındandır. Saytın hazırda 18 mindən çox əməkdaşı var. Qeyd edək ki, bu saytın telefonlar üçün olan aplikasiyası 16 milyondan çox insan tərəfindən yüklənmişdir. Saytın məşhurluğuna səbəb 35 kateqoriyada 20 milyondan çox məhsul çeşidinin mövcudluğudur. Elə bu səbəbdən, sayt Türkiyə ilə yanaşı, ölkəmizdə də kifayət qədər məşhurdur və sifarişçilərinin sayı çoxdur.
Türkiyədən alış-verişin üstünlükləri saymaqla bitməz. Bu üstünlüklərdən biri də alış-veriş zamanı bəzi mağazalarda Türkiyədaxili çatdırılmanın pulsuz olmasıdır. Həmçinin, xüsusi gün və bayramlarda onlayn alış-veriş saytında olan kampaniya və ya endirimlərdən istifadə də cibinizə qənaət etməyin ən gözəl üsullarındandır.
Türkiyədən sərfəli və sürətli çatdırılma “Assu”da!
Türkiyədən Azərbaycana məhsullarınızın təhlükəsiz və rahat şəkildə çatdırılmasını istəyirsinizsə, Assu.az-dan qeydiyyatdan keçməyə tələsin. Türkiyədən 1kq – 2.80 $ qiymətlərlə daşınma edən “Assu” müştərilərinə mükəmməl xidmət göstərmək üçün əlindən gələni edir.