Türkiyədən idman geyimlərinin sifarişi

Sağlam qalmaq və günə yüksək enerji ilə başlamaq üçün idmanla məşğul olmaq şərtdir. İdman sağlam və gümrahlığınızı təmin edən ən əsas faktorlardan biridir. Hər insan fərqli idman növünü öz həyat tərzinə çevirir. İdman zamanı dəbli və rahat olmaq üçün isə idman geyimləri vacibdir.

 

Şərti olaraq idman geyimi iki əsas kateqoriyalara ayrılır: Universal və xüsusi.

Universal idman geyimi trenajor zallarında və fitnes klublarda məşqlər, təmiz havada və axşam qaçışları kimi gündəlik fiziki məşğələlər üçün nəzərdə tutulub. Xüsusi idman geyimləri ilə peşəkar idmançılar təchiz olunurlar.

 

Bəs idman geyimi seçərkən nələri bilməlisən?

 

İdman geyimlərinin çoxfunksiyalı və rahat olması vacib şərtdir. İdman geyimi seçərkən görünüşündən çox praktikliyinə və rahatlığına önəm verilməlidir. Bu geyimlər az tərlədən və parçalanmağa qarşı davamlı olmalıdır. Dəridə və bədəndə yaranan bir çox yara və xəstəliklər, idman edərkən geyinilən və idmandan sonra dəyişilməyən geyimlər səbəbilə meydana gəlir. Həmçinin də, ayaqqabılar rahatlığı və hərəkəti maneəsiz şəkildə təmin etməlidir.

 

İdman geyiminin hazırlandığı material

 

Pambıqdan olan geyim intensivliyi aşağı olan məşqlər üçün uyğundur. Yorucu məşqlər üçün isə pambıq münasib deyil, çünki o, nəmi özünə çəkir və uzun müddət yaş qalır. Eyni zamanda xeyli ağırlaşmış yaş geyim soyuqdəyməyə səbəb olur.   

Odur ki, idman üçün ən yaxşı material sintetikadır. Sintetika qırışmır, məşq zamanı bədənin büküklərinə uyğunlaşaraq rahatlıqla deformasiyaya uğrayır, nəmi özünə çəkərək tez quruyur. Sintetik materiallar istilikkeçirtmə, havakeçirtmə, nəmi özünə çəkmə və xaric etmə xassələrinə malikdir.

 

İdman geyimlərini hardan əldə etmək olar?

 

Trendyol.com – Türkiyənin onlayn alış veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz hər zövqə uyğun idman geyimlərini tapmağınız mümkündür.  Bu platformada “Spor&Outdoor” bölməsindən dünyaca məşhur – Adidas, Nike, Puma, Hummel, Columbia kimi markalardan idmanla bağlı olan hər  geyim, ayaqqabı kimi bir çox məhsulu tapa bilərsiniz. Saytda bu kateqoriyaya daxil olduğunuz zaman bir çox yerli və xarici marka olan sport ayaqqabı, geyimlər tapmaq mümkündür.

 

 

İnstreet.com.tr – Bu saytda siz sadəcə idman geyim və ayaqqabıları deyil, aksesuar, çanta da tapmaq mümkündür. Saytda yerləşdirilmiş olan  kateqoriyalar üzərindən istədiyiniz məhsulu tapmağınız və seçməyiniz mümkündür.

 

Sportive.com.tr – Türiyənin ən özəl idman geyimləri və ayaqqabıları satılan onlayn alış-veriş saytlarındandır. Saytda siz istədiyiniz rəngdə, ölçüdə, materialda sport geyim və sport ayaqqabı tapa bilərsiniz.

 

 

Assu.az – sürətdə və etibarda birinci karqo

Assu.az karqo şirkəti olaraq hədəfimiz onlayn alış-veriş edənlər üçün əvəzolunmaz  və birinci olmaqdır.

 Şirkətimiz peşəkar kollektivə sahibdir. Bu isə bizə Türkiyədən və digər xarici ölkələrdən bağlamaların daha sürətli daşınmasına şərait yaradır. Fərdi olaraq ölkə xaricindən sifarişləri Azərbaycana gətirmək çox zaman və məsrəf tələb edir. “Assu.az” karqo şirkəti isə sizin üçün çətin olan bu prosesi həll edir, Türkiyə və Azərbaycanda yerləşən anbarlarımızın hesabına sizi həm vaxt sərf etməkdən, həm də çox məsrəfdən xilas edir.

 “Assu.az”  hər daim yenilənən güzəştli tarifləri ilə müştərilərini məmnun edəcəyinə o qədər əmindir ki, sizin sadəcə qeydiyyatdan keçib bəyəndiyiniz məhsulları sifariş etməyiniz kifayət edir.