Türkiyədən dəri ayaqqabı sifarişi

Türkiyədən onlayn sifarişdə ayaqqabılar fəsildən asılı olmayaraq istər kişi, istərsə də qadınlar üçün əvəzolunmaz seçimdir. Ayaqqabılar digər geyim növləri və aksesuarları qədər vacib parçadır.

 

Günümüzdə çox sevilən ayaqqabı modellərindən olan dəri ayaqqabılar ən çox sifariş edilənlər arasında xüsusi yer alır. Lakin, burada bir neçə nüans var ki, onlara diqqətli yanaşmaq lazımdır.

 

Ayaqqabıların dəbli və tərz olması ilə bərabər keyfiyyətli olması vacib şərtdir. Keyfiyyətli dəridən hazırlanmış ayaqqabılar nəfəs alma xüsusiyyətləri sayəsində rahat istifadə imkanı yaradır. Bundan əlavə olaraq, əsl dəri materialına sahib olan ayaqqabılar daha rahat, uzunömürlü və insan sağlamlığı üçün ziyansızdır.

 

Ayaqqabı sifarişində diqqət etməli olduğunuz digər önəmli nüans, ayaqqabının ölçüsüdür. Buna görə də ayaqqabı seçərkən onun hansı ölkədə istehsal olunduğuna diqqət edilməlidir. Məsələn Avropada istehsal olunan ayaqqabının ölşüsü 39-dursa, Amerikada istehsal olunan ayaqqabı markasının ölçüsü 8 olacaqdır.

 

 

Dəri ayaqqabı sifariş edə biləcəyiniz onlayn alış-veriş saytları

 

Trendyol.com

 

Trendyol ən sürətlə inkişaf edən və ən böyük onlayn alış-veriş saytlarından biridir. Bu saytın ən böyük üstünlüyü istənilən kateqoriyada bol çeşidin və sərfəli qiymətli məhsulların olmasıdır. Trendyol.com saytında “Hotiç”, “Derimod”, “Flo”, “Elle”, “Boyner”, “Luvi”,  və s. kimi həm yerli həm də xarici markalardan zövqünüzə və büdcənizə uyğun dəri ayaqqabı əldə edə bilərsiniz.

 

Hepsiburada.com

 

Hepsiburada Türkiyənin digər məşhur onlayn alış-veriş platformalarındandır. Saytın 35 kateqoriyasında 20 milyondan çox məhsul çeşidi mövcuddur. Bu səbəbdən, sayt həm Türkiyədə, həm də ölkəmizdə kifayət qədər mövcuddur.

 

Morhipo.com

Türkiyənin onlayn alış-veriş sektorunda ön sıralarda olan saytlardan biridir. Bu onlayn platformada yüzlərlə brendin milyonlarla məhsulu sərfəli və böyük endirimli qiymətlərlə satılır. Siz bu saytda istədiyiniz  məhsulları da əldə edə bilərsiniz.  Elə indi, Morhipo.com saytına daxil olaraq saytda olan endirimlərdən yararlana bilərsiniz.

 

 

Desa.com.tr

 

Desa.com saytına daxil olaraq zövqünüzə uyğun dəri ayaqqabını sifariş edə bilərsiniz. Eyni zamanda “Outlet” bölməsinə daxil olaraq endirimlərdən yararlana bilərsiniz.

 

 

Siz sifariş edin – Assu.az çatdırsın!

 

Bəyəndiyiniz dəri ayaqqabını seçin, Assu.az sizin üçün gətirsin. Bunun üçün Assu.az-dan qeydiyyatdan keçmək və məhsulu satın almaq kifayət edir. Ən sərfəli qiymətlərlə və 3.5 iş günü ərzində sifarişlərinizi  əldə edə bilərsiniz. Siz də  Assu.az karqo xidmətlərindən yararlanın və dörd fəsil gözəl, dəbdəbəli ayaqqabılarınızla göz qamaşdırın!