Türkiyədən cins şalvarların sifarişi

ABŞ-dan dünyaya yayılan cins şalvarlar artıq bütün insanların ilin dörd fəslində də sevərək geyindikləri vazkeçilməz geyim növünə çevrilib. Ən sadə cinsdə belə dəbli görünmək mümkündür. Şalvarlar material və formasına görə kateqorize edilir. Formasına görə “mom jeans”, “cargo jeans”, “ İspanyol paça” kimi şalvarlar misal göstərilə bilər. Son dövrlərin əvəzedilməzi isə “kargo jeans” şalvardır.

 

Cins şalvar alarkən nələrə diqqət edilməlidir.

 

Şalvar alarkən diqqət etməli olduğunuz ilk nüans parçanın keyfiyyəti və bədəninizə uyğun bir modelin seçilməsidir. Alış-veriş etdiyiniz markalardan asılı olmayaraq, şalvarların elastik olmasına önəm vermək lazımdır. Çünki keyfiyyətsiz material dərinizin nəfəs almasına əngəl olacaq. Formasına görə yüksəkbel olmayan şalvarlar ayaq boyunu olduğundan daha qısa göstərir. Belə ki, seçiminiz nə qədər geniş və dəbli cins olarsa, yüksəkbel effekti bir o qədər yaxşı olar. Kombinləmədə ən önəmli faktorlardan biri rəng seçimidir. Tünd rəngli cinsləri  klassik, açıq rəngli cinsləri isə daha çox tərzə uyğun kombinləmək mümkündür.

 

 

Cins şalvarları hansı markalardan sifariş etmək olar?

 

Keyfiyyətli və dəbli cins şalvarların ünvanı olaraq “Mavi”, “Koton”, “Levi`s”, və s. kimi brendləri tövsiyyə edə bilərik.

 

Koton markasının təməli 1988-ci ildə qoyulmuşdur. “Ən bəyənilən qadın geyim markası” və “Ən çox  güvənilən qadın markası” da daxil olmaqla müxtəlif mükafatlar almışdır. Yaxın zamanda uşaq geyimi və cins şalvar sektoruna da daxil oldular.

 

Mavi markası 1991-ci ildə İstanbulda yaradılmışdır. Hal-hazırda 35 ölkədə 440 mağazası ilə dünya miqyasında bir marka imicinə sahibdir. Time Out məqaləsinə görə Mavi, Berlin, Nyu-York və Frankfurtda mağazalar açan ilk türk markasıdır.

 

Levi`s dünyanın məşhur markalarından biridir. 1853-cü ildə Levi Strauss tərəfindən qurulmuşdur. Levi`s geyim sənayesi ilə sıx bağlıdır. Çünki, hər yaşda və hər ölçüdə kişilər, qadınlar və uşaqlar üçün cins şalvar istehsal edir və satır.

 

 

Siz alın Assu.az çatdırsın

 

Assu.az karqo şirkəti sərfəli  qiymətlərlə və qısa zamanda sifarişləri Azərbaycana çatdırır. Ekonom və premium paket olmaqla sizə iki fərqli üsulda sifariş etməyi təklif edir. Elə indi Assu.az-dan qeydiyyatdan keçərək alış-verişinizi sərfəli edin!