Türkiyədən cehiz dəstlərinin sifarişi

“Qız beşikdə cehiz eşikdə”  atalar sözünü çox güman ki, çoxunuz eşitmisiniz. Hələ qədim zamanlardan valideynlər qız köçürəndə müəyyən əşyalar verirlərmiş. Zaman irəlilədikcə, cehizin sayı, dəyəri də artıb.

 

Cehiz hazırlığına nisbətən tez başlamaq sizin üçün daha uyğun olar. Keyfiyyətli və dəbli cehizinizi Türkiyədən asan şəkildə sifariş edə bilərsiniz. Bu zaman həm vaxtınıza, həm də büdcənizə qənaət etmiş olacaqsınız.

 

Cehiz üçün Türkiyədən nələr sifariş etmək olar?

 

Mebel

Qab-qacaq və ev dekorları

Ev tekstili və s.

 

Cehiz dedikdə ağıla ilk olaraq mebel gəlir. Mebel sifarişi artıq bir dəb halını alıb.  Çünki insanlar evlərində özlərini daha rahat hiss etmək, öz zövqlərinə uyğun mebel görmək istəyirlər.

 

Yeni evin bəzəyi qab-qacaqdır. Stəkandan yemək qablarına, üstündə meyvə-tərəvəz doğraya biləcəyiniz taxta və ya plastik məhsullardan rəngarəng süfrə qablarına kimi bir çox məhsulları sifariş edə bilərsiniz.

 

Evdəki tekstil məhsulların rahatlığı bir başa əhvalınıza müsbət təsir edir. Evin gözəl görünüşü üçün evdəki əşyaların birbiri ilə uyğun olması vacib şərtdir. Buna görə də tekstil məhsullarını diqqətli şəkildə seçmək lazımdır.

 

Cehiz dəstlərini hansı saytlardan əldə etmək olar?

 

Trendyol.com – Türkiyənin onlayn alış veriş saytları arasında lider mövqedə olan bu saytdan istədiyiniz hər zövqə uyğun cehiz dəstləri tapmağınız mümkündür. Trendyol.com saytında Karaca, Buem, Madame və Yataş s. kimi mağazalardan əldə edə bilərsiniz.

 

Beymen.com saytına daxil olduğunuz zaman fərqli kateqoriyalar önünüzə çıxacaq. Siz burada istər mətbəx məhsulları, istər süfrə, istərsə də çay, qəhvə məhsulları ilə tanış ola bilərsiniz.

 

Madamecoco.com – 2011-ci ildə qurulmuşdur. Türkiyə və 17 fərqli ölkədə 370 mağazasıyla xidmət göstərir. Madamecoco.com saytında “Çeyiz seti” kateqoriyasına daxil olaraq istədiyiniz məhsulları seçib asan şəkildə sifariş edə bilərsiniz

 

Siz alın, Assu.az çatdırsın!

 

Assu.az karqo şirkəti olaraq hədəfimiz onlayn alış-veriş edənlər üçün əvəzolunmaz  və birinci olmaqdır. 1 kiloqramı 2.80 $ - a çatdırırıq.

Şirkətimiz peşəkar kollektivə sahibdir. Bu isə bizə Türkiyədən və digər xarici ölkələrdən bağlamaların daha sürətli daşınmasına şərait yaradır. Fərdi olaraq ölkə xaricindən sifarişləri Azərbaycana gətirmək çox zaman və məsrəf tələb edir. “Assu.az” karqo şirkəti isə sizin üçün çətin olan bu prosesi həll edir, Türkiyə və Azərbaycanda yerləşən anbarlarımızın hesabına sizi həm vaxt sərf etməkdən, həm də çox məsrəfdən xilas edir.

 “Assu.az”  hər daim yenilənən güzəştli tarifləri ilə müştərilərini məmnun edəcəyinə o qədər əmindir ki, sizin sadəcə qeydiyyatdan keçib bəyəndiyiniz məhsulları sifariş etməyiniz kifayət edir.